https://www.zirve.edu.az/
28.04.2018 09:10
Müəllimlərin həkimlər qədər istedadlı olduğunu düşünən yeganə ölkə

Dünyanın hər yerində, valideynlər uşaqlarını məktəbə yola saldıqları hər gün onların gələcəklərinə dair xəyallar qurarlar. Onlar uşaqların inkişafı və gələcək uğurlarında əsasən müəllimlərə güvənərlər. Bu böyük məsuliyyətdir. Bəs görəsən bu məsuliyyət müəllimlərin sosial vəziyyətinə və maaşlarına təsir edirmi?

AzEdu.az dünyada müəllimlərə göstərilən ümumi diqqəti nəzərinizə çatdırır:

Müəllimlərin Nobel mükafatı kimi tanınan Qlobal Müəllim Mükafatı müəllimlərin ictimai vəziyyətini araşdırıb. Tədqiqat nəticələrinə əsasən, bir çox Asiya ölkələrində -xüsusən də Çin, Cənubi Koreya və Sinqapurda –müəllimlərə ciddi qayğı göstərirlər. Qərb ölkələrində isə bu göstəricilər olduqca aşağıdır.

21 ölkədə aparılan araşdırmada müəllimlik 14 peşə arasında ictimai işçilər və kitabxana işçilərindən sonra 7-ci yerdə qərarlaşıb. Müəllimlərin həkimlər qədər istedadlı olduğunu düşünən yeganə ölkə isə Çindir.

21 ölkədə müəllimlərlə münasibət tutan professor Peter Dolton deyir ki, müəllimə verilən qiymət, həmin ölkələrin mədəniyyəti, tarixi, mənəvi dəyərləri və ənənələrinə əsasən fərqlənir.

Məsələn, cəmiyyətin maddi vəziyyətə diqqət etdiyi Amerikanın Nyu-York şəhərində, bir müəllimin statusu onun nə qədər qazandığına bağlıdır. Lakin böyüklərə hörmətin cəmiyyət arasında vərdiş aldığı Çində, müəllimlər yüksək maaş almasalar da, ciddi statusa malik olurlar.

Tədqiqatın nəticələrindən aydın olur ki, müəllimlərə yüksək status verilən ölkələrdə valideynlərin əksəriyyəti uşaqlarını müəllimlik  ixtisası üzrə təhsil almağa təşviq edirlər. Beləliklə, Çin, Cənubi Koreya, Türkiyə və Misir valideynlərin övladlarını müəllim olmaq üçün ən çox təşviq edən ölkələr arasında olduğu halda,  İsrail, Braziliya, Portuqaliya və Yaponiyada valideynlər uşaqlarının müəllim olmasını arzulamırlar.

Qeyd edək ki, prof. Dolton mediaya açıqlaması zamanı2018-ci ildə nəşr olunacaq  yeni araşdırmada ilk tədqiqata daxil olmayan Latın Amerikası və Afrikanın iştirak edəcəyini deyib.