Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-08 11:08:00
Ali məktəb və kolleclərə ixtisas seçimi bu vaxt aparılacaq - Dəqiq tarix  

2019-cu ildə keçirilən qəbul imtahanları başa çatıb.

Abituriyentləri hazırda ən çox maraqlandıran məsələlərdən biri ali məktəblərə və kolleclərə ixtisas seçiminin tarixləri ilə bağlıdır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, I-IV qruplar üzrə ali məktəblərə ixtisas seçimi 24 iyul - 6 avqust tarixlərində aparılacaq.

9 illik bazadan kolleclərə qəbul olunmaq istəyənlər 24 iyul–5 avqust, 11 illik bazadan qəbul olmaq istəyənlər isə 15 – 19 avqust tarixlərində ixtisas seçimi edə biləcəklər.

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları