https://www.zirve.edu.az/
27.04.2018 12:50
Bu ölkələrin istənilən universitetində pulsuz oxumaq olar - SİYAHI

Təhsil dövlətin gələcək  inkişafı üçün əsas sahələrdən biridir. Bir millət savadlı, bacarıqlı, təhsilli gəncləri ilə irəli gedə bilər. Bəzi ölkələrdə sırf  bu prinsipləri nəzərə alaraq, ali təhsili tamamilə pulsuz  ediblər.

Yəni, bu ölkədəki istənilən universitetdə qətiyyən pul ödəmədən oxumaq mümkündür:

AzEdu.az pulsuz təhsil verən ölkələri təqdim edir:

Braziliya

Braziliya universitetlərinə qəbul olmaq üçün yalnız qeydiyyat haqqı ödəmək lazımdır. Həmçinin burada ingilis dilində tədris proqramları təklif edilir.

Almaniya

Almaniyada ingilis dilində təhsil almaq üçün 900-dən çox pulsuz tədris proqramları var. Belə addım xarici tələbələri Almaniyaya cəlb etmək üçün tətbiq olunub.   

Finlandiya

Finlandiyada təhsil haqqı yoxdur. Bu ölkədə dövlətin aylıq hər bir tələbə üçün çəkdiyi xərc isə 500-900 avro həcmində qiymətləndirilir. Tələbələr yataqxana və pulsuz yeməklə də təmin edilir. Finlandiya universitetləri inglis dilində tədris proqramları təklif edirlər. Burada yaşayış xərcləri xarici tələbələr üçün biraz baha ola bilər.

Fransa

Fransada təhsil haqqı yoxdur. Təhsil haqqı olan universitetlər  isə simvolik rəqəm olaraq 200 avrodan çox təyin etmirlər.

Norveç

Norveç tələbələri, həmçinin xarici tələbələr bu ölkədə təhsil almaq üçün ödəniş etmirlər. Lakin bura soyuq havası və yaşayış xərclərinin yüksək olması ilə fərqlənir.Burada da Finlandiyadakı kimi hər bir tələbə üçün 500-900 avro xərc çəkilir.

Sloveniya

  Avropanın şərgində yerləşən Sloveniyada təhsil almaq üçün yalnız qeydiyyat haqqı ödəmək lazımdır.

İsveç

Digər Skandinaviya ölkələri kimi burada da təhsil tamamilə pulsuzdur.

Pulsuz ali təhsil verən ölkələrə Danimarka və Çexiya da aiddir.