https://www.zirve.edu.az/
26.04.2018 15:30
Türkiyəli müəllim dünyanın ən qeyri-adi sinif otağını hazırladı - FOTO

Türkiyənin Samsun vilayətində  informasiya və texnologiya müəllimi  Akarcan Çaxır, “Qadın və motosikletə qulluq sənəti” kitabının müəllifi Robert Maynard Pirsiqi anmaq üçün maraqlı addım atıb.

AzEDU.az xəbər verir ki, o, oturacaqları ağac kötüklərindən, ortasında motosiklet, divarlarında kitabla bağlı yazılar olan xüsusi bir sinif yaradıb.

Gökçə Çaxmaq orta məktəbində işləyən Çaxır, amerikalı filosof Pirsiqin adıçəkilən kitabınındakı əhvalatın motivləri əsasında  sinfi dizayn edib.

Burada həmçinin,  Robert M. Pirsiq aid bir xüsusi bir guşə də var.

Rayona iyirmi kilometr uzaqlıqdakı bir kənd məktəbindəki olan bu sinif, digər informasiya və texnologiya siniflərindən  fərqli dizaynı ilə seçilir.

Çaxır, Robert M. Pirsiqin “Qadın və motosikletə qulluq sənəti” kitabından bəhrələnərək  dünyada ilk dəfə bir məktəbdə  “kitabdan sinif yaratmaq” ideyası ilə bu layihəni həyata keçirib.

Onun sözlərinə görə,  uşaqlara mürəkkəb və kağızdan ibarət gördükləri kitabın arxasında bir dünya olduğunu göstərmək istəyib:

“Robert M. Pirsiqin ölümünün ilk ildönümündə məktəbimizdə onun xatirəsini əbədiləşdirmək üçün  bir kitab layihəsinə başlamışıq. Kursumuzu kitab formasına  çevirdik. “Qadın və motosikletə qulluq sənəti” kitabında nə varsa, buradadır. Uşaqlar kitaba baxdıqları zaman yalnız mürəkkəb və kağız görürlər. Onun arxasındakı dünyanı görə, ora gedə bilmirlər. Çünki xəyal gücləri hələ inkişaf etməyib. Onlar bunu bacarmadıqlarına görə, mən də o dünyadan bəzi şeyləri bura gətirmişəm".

Müəllim deyib ki, sinfi  hazırlamaları üçün 10 min lirə pul məbləği lazım olub:

“Məzun olduğum Ataqum Sənaye Peşə liseyindəki müəllimlərim hələ də o məktəbdə işləyirlər. Onlar mənə 20 kompüter verdilər. Hər şeyə bu şəkildə başladıq.  Əlimizdən gələn qədər  nöqsanları aradan qaldırdıq. Məktəb direktorumuz və kənd əhalisi bu layihədə çox dəstək oldular. Tələbələr də siniflərini çox sevdiklərini, burada dərs işləməkdən zövq aldıqlarını bildiriblər”.