2019-06-18 14:30:00
Azərbaycan təhsilin inkişafı ilə bağlı BMT-yə hesabat verəcək
Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə iyulun 15-də BMT-yə təqdim edəcəyi ikinci hesabatda əksini tapan mövzular açıqlanıb.
AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov məlumat verib.
O bildirib ki, milli hesabatlar hər dəfə müxtəlif mövzular üzrə hazırlanır: "Bu dəfə ki, mövzular isə Azərbaycanda təhsilin, səhiyyənin inkişafı ilə əlaqədardır. İnsan amilinin inkişaf etdirilməsi ilə bilavasitə əlaqədar olan məsələlər BMT-yə təqdim olunacaq ikinci hesabatda öz əksini tapacaq. Bu gün Azərbaycanda böyük nailiyyətlər əldə olunub. Azərbaycanda artıq təhsillə bağlı problemlər öz həllini tapıb, savadsızlıq aradan qaldırılıb. İnsanlara səhiyyə xidmətinin göstərilməsi istiqamətində çox böyük layihələr həyata keçirilir. Eyni zamanda gələn ildən icbari tibbi sığorta tətbiq olunacaq. Hesabatla bağlı icmal isə artıq BMT-nin saytında yerləşdirilib. Bu yaxınlarda hesabat da saytda yerləşdiriləcək”.
Baş Nazirin müavini xatırladıb ki, BMT-nin hazırladığı beynəlxalq layihə Azərbaycan tərəfindən də dəstəklənir: "Azərbaycanda bu layihənin həyata keçirilməsinə qoşulub. Bu layihənin əsas məqsədi 2030-cu ilə qədər dünyanın əhəmiyyətli dərəcədə dəyişdirilməsindən ibarətdir. Hesab edirəm ki, Azərbaycan da sürətlə dəyişən bir ölkə kimi bu proqramın həyata keçirilməsində yaxından iştirak edəcək. Azərbaycan indiyə qədər milli hesabatını ikinci dəfə BMT-yə təqdim edən 14 ölkədən biridir. MDB ölkələri arasında yalnız Azərbaycan ikinci dəfə öz milli hesabatını BMT-yə təqdim edəcək”.
Qeyd edək ki, hesabat iyulun 15-də BMT-nin Nyu-York şəhərində yerləşən Baş Qərargahında təqdim olunacaq.
Bu bölməyə aid digər xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
2024-03-29 16:30:50
İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər
2024-03-29 12:31:45
Məktəb psixoloqları üçün müsabiqə elan edilib
2024-03-29 11:04:40
Məktəb illərim bir şəkil bir cümlə ilə... - MİSİR MƏRDANOV
2024-03-29 09:41:00
“Tarixdə bu gün” - 29 mart necə yadda qalıb?
2024-03-29 09:17:00
Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib
2024-03-29 09:13:00
Bu gün 20 dərəcə isti olacaq
2024-03-29 08:38:59
Himayədar ailələr üçün tibbi müayinə pulsuz olacaq
2024-03-28 17:10:31
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
2024-03-28 16:06:00
Dövlət İmtahan Mərkəzi auditor seçir
2024-03-28 15:58:00
kitabı
ÇOX OXUNANLAR
22 Mart 2024, 14:01
Qəbul imtahanları asan olacaq? – “Abituriyentlərdə yersiz rahatlıq var”
23 Mart 2024, 10:05
Məntiq dərsinin məktəblərdə tədrisi niyə vacibdir? - ŞƏRH
22 Mart 2024, 09:50
Ali məktəblərə qəbul prosesi: Universitetlərə həvalə olunsa...
24 Mart 2024, 15:37
Qapı arxasında qalan 4 yaşlı uşaq belə xilas edildi - Video
19 Mart 2024, 17:30
Orta ixtisas təhsili müəssisələrinə direktor təyinatı qaydası dəyişib
21 Mart 2024, 11:14
Bağça müəllimlərinin sertifikasiyası: Psixoloji vəziyyətləri yoxlanılmalıdır
24 Mart 2024, 12:15
Şagirdlərdə riyaziyyat fənninə necə maraq oyatmaq olar?
24 Mart 2024, 17:26
Tələbələrin köçürülməsi ilə bağlı yeni QAYDALAR
FACEBOOK