Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-24 09:16:17
Təhsil naziri hansı sahədə təhsil alıb? - Bioqrafiya

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün 5 ay nazirsiz qalan Təhsil Nazirliyinə təyinatla bağlı sərəncam imzalayıb. Sərəncamla Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının təhsil naziri təyin edilib.

AzEDU.az yeni nazirin bioqrafiyasını təqdim edir:

Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə "Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə "OMNİ” hüquq şirkətinin direktoru olub.

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan "Chambers Global”, "IFLR1000” və "Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini təyin olunub.

Evlidir, 2 övladı var.