Azedu.az

ADPU ilə Moskva Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

Ali təhsil

23 Aprel 2018, 17:11
ADPU ilə Moskva Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tarix fakültəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

AzEDU.az xəbər verir ki, sənədi MDU-nun tarix fakültəsinin dekanı, professor İvan Tuçkov və ADPU-nun rektoru, professor Cəfər Cəfərov imzalayıblar.

Müqavilədə qarşılıqlı maraq doğuran birgə elm və təhsil layihələrinin gerçəkləşdirilməsi, dünya əhəmiyyətli problemlərlə bağlı müştərək elmi konfransların, simpoziumların, seminarların təşkili və keçirilməsi, akademik mobilliyin inkişafı, tələbə və müəllim mübadiləsi, informasiya, elmi nəşrlərin və tədris-metodik ədəbiyyatın mübadiləsi nəzərdə tutulub.

300 min azərbaycanlı Ermənistana qayıdacaq - KRİTİK ANONS
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox