Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-23 16:26:32
Dünyada hər 12 şagirddən biri məktəbə getmir – Şiddətin və zorun qurbanları

Dünyada milyonlarla uşaq iyirmi bundan əvvəllə müqayisədə daha çətin və təhlükəli şərtlər altında yaşayır. UNİCEF-in hesabatına əsasən, məktəbə gedə bilməyən uşaqlarla bərabər, şiddət, təzyiq səbəbindən həyatını itirən azyaşlıların sayı da artmaqdadır.

AzEdu.az saytı xarici mediaya istinadən məlumat verir ki, dünyada hər on iki uşaqdan biri yoxsulluq içərisində yaşayır, məktəbə gedə bilmir və ya şiddətin, zorun qurbanı olur. UNİCEF-in verdiyi hesabata görə hazırda uşaqlar iyirmi il öncə ilə müqayisədə daha çətin şərtlər altında yaşayırlar. 37 ölkədə 180 milyon uşaq daha çox yoxsulluq çəkir. Buna səbəb kimi isə ölkələr arasındakı münaqişələr və vətəndaş müharibələri göstərilib.

UNİCEF-in Məlumat və Araşdırma Siyasəti şöbəsinin direktoru Laurance Çandi bəzi uşaqların unudulduğunu bildirib: “Yeni nəsil öncəkilərlə müqayisədə daha yaxşı şərtlərə sahib olub, uğurlar əldə etdi. Amma bəzi uşaqlar unudularaq bundan kənarda qaldı. Bu, nə onların, nə də ailələrinin günahıdır”.

Uşaqların vəziyyətini getdikcə pisləşdiyi ölkələrdən biri də cənubi Sudandır. Hesabatda həmçinin CAR, Suriya, Yəminin də adı çəkilir. Kamerun, Zimbabve və Zambiyada isə insanların gündəlik 1 dollar 90 sent ilə yaşamaq məcburiyyətində olduğu qeyd olunub.

UNİCEF-in verdiyi hesabatda aralarında Suriya və Tanzaniyanın da olduğu 21 ölkədə məktəbə gedən uşaqların sayının azaldığı, İraq, Ukrayna, Libya və digər 16 ölkədə isə şiddət səbəbindən həyatını itirən uşaqların sayının artdığı vurğulanıb.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları