Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-23 15:36:24
Tələbələrinə ən çox təqaüd verən ölkələr – Burada aylıq 1200 avro qazana bilərsiniz

“Tələbə problemi” dedikdə ilk ağla gələn məsələlərdən biri də təqaüd və yaşayış yeridir. Bir çox ölkələrdə tələbələr yataqxana ilə təmin olunur. Amma Azərbaycanda tələbələrin əksəriyyəti ya qohum evlərində, ya da kirayə qalırlar. Bu da əksər universitetlerin yataqxanasının olmaması ilə əlaqədardır.

İkinci məsələ isə, təqaüddür. Bu gün tələbənin aldığı təqaüd əlbəttə ki, onun tam ehtiyaclarını ödəyə bilmir . Bəs dünya ölkələrində tələbələr nə qədər təqaüd alır?

AzEdu.az müxtəlif ölkələrdəki tələbə təqaüdləri haqqında yazını təqdim edir:

Qonşu ölkə Rusiyada tələbələrin aldığı təqaüd 40 dollardır. Ancaq burada onlar yataqxanalarla təmin edilir. Bu da onları əlavə xərcdən azad edir. Digər MDB ölkəsi olan Belarusiyada isə tələbələrin təqaüdü 53 dollardır. Eyni zamanda onlar da yataqxanalarla da təmin edilir.

Ukrayna tələbələri isə yataqxana təminatı ilə yanaşı, 80 dollar təqaüd alır. Qazaxıstanda təqaüd orta hesabla 184 dollardır.
İnkişaf etmiş ölkələrin əksəriyyətində üçüncü ölkədən gələn tələbələr üçün xüsusi təqaüdlər nəzərdə tutulub. Müxtəlif məbləğlərdə olan təqaüdlər tələbələrin dolanışığı üçün kifayətdir. Məsələn, Fransada belə təqaüdlər 350 avrodan aşağı olmur. Ərəb ölkələrində, məsələn Liviya və Səudiyyə Ərəbistanında tələbələr 700 dollar təqaüd alırlar.

Birləşmiş Ərəb Əmirliklərində ali məktəblər pulsuz təhsil verir. Burada təqaüdün miqdarı tələbənin təhsildəki müvəffəqiyyət dərəcəsindən asılıdır. Bundan əlavə, əmirliyin hər bir vətəndaşı dövlət hesabına dünyanın istənilən universitetində təhsil ala bilər. Təhsil aldığı ölkədə tibbi xidmətlərə görə xərclər də BƏƏ büdcəsindən ödənilir.

Küveytdə minə yaxın ali məktəblərin hər birində təhsil pulsuzdur. Küveytdə isə subay tələbələr 700, ailəlilər isə 1200 dollar təqaüd alır. Hollandiyada ali təhsil pulsuz olmasa da, universitetlər çoxlu sayda qrantlar nəzərdə tutur. Hətta tələbənin aldığı təqaüdlə təhsil haqqını tamamilə ödəmək mümkündür.

ABŞ-da ali təhsil pulludur. Ancaq bu ölkədəki təqaüd proqramları tələbələrin xərclərini 80%-ə qədər azaldır. Təqaüd alan, hətta təhsil haqqı ilə bağlı güzəşt də əldə edə bilir. Eyni zamanda ABŞ-da tələbələr komfortlu yataqxanalarla təmin edilir. Təhsil müddətində onlar dövlətin hesabına yüksək səviyyəli tibbi xidmətdən də istifadə edə bilirlər. Azərbaycan isə əlaçı 114-115, zərbəçi 94-96, adi təqaüd isə 58-60 manatdır.

Təhsil eksperti Fuad Hacıyev bildirib ki, tələbə təqaüdləri ölkəyə və təqaüd fonduna görə dəyişir: “Təqaüd verən yüzlərlə qurum var. Bəziləri ailə durumu və maddi gəlirlərin az olmasını, digərləri isə sırf yüksək təhsil göstəricilərini nəzərə alır. Universitetlerin daxili təqaüdləri də mövcuddur. Onlar tələbələri təhsil haqqından azad edir. Lakin yaşam xərclərini tələbə qarşılamalıdır. Ümumiyyətlə, tələbələrin ona gəlir yeri kimi baxması üçün deyil, minimum ehtiyacları qarşılamaq üçün verilir. Məsələn, yataqxana, təhsil və qida. Bir çox təqaüd proqramları demək olar ki, tələbə xərclərinə yeterli olmur. Sadəcə dəstəkdir”.

Onun sözlərinə görə, azərbaycanlıların təhsil üçün ən çox üz tutduğu ölkələrdən biri İtaliyadır. Orada təkcə 3 təqaüd proqramını qeyd etmək kifayətdir:

“İllik 5100 avro verən təqaüd proqramı var və təhsil haqqından azad edir. 2. İllik təhsil haqqından azad edib, aylıq 840 avro civarında təqaüd ayırır. 3. Universitetin ehtiyac təqaüdü təhsil haqqından azad edir, yataqxana və qida ilə təmin edir. Azərbaycanda isə prezident təqaüdçülərinin aldığını belə bəzən kifayət hesab etmirik. Digər təqaüdlərdən danışmıram heç. Təkcə ADA Universiteti bir çox özəl qurumlarla anlaşıb təqaüdlər verir. Kifayət qədər normal sayılır. Bir də mobil operatorların verdiyi təqaüdlər də pis deyildi”.