https://www.zirve.edu.az/
31.05.2019 19:46
SABAH qruplarına tələbə qəbulu üçün imtahan keçiriləcək

2 iyunda SABAH qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi ( test imtahanı ) keçiriləcək.

AzEdu.az xəbər verir ki, imtahanda müxtəlif universitetlərdən 1942 tələbənin iştirakı nəzərdə tutulub.

İmtahan iyunun 2-si saat 11:00-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas binasında keçiriləcək.

Qeyd edək ki, SABAH qruplarına tələbə seçiminin I mərhələsində 32 ixtisas üzrə 1977 tələbə elektron ərizəni müvəffəqiyyətlə tamamlayıb, nəticədə 1942 tələbənin ərizəsi təsdiqlənib.

35 tələbənin ərizəsi isə müsabiqə qaydalarına uyğun olmadığı üçün ləğv edilib