Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-22 22:53:57
12 gün “yuxu”da qalmaq üçün 9,5 milyon xərcləyəcəklər – Dünyanın ən qəribə eksperimenti

Orion Span şirkəti 2021-ci ildə "Aurora Stansiyası" layihəsini icra etməyə hazırlaşır.

Aurora Stansiyasında 12 gün sanki yuxuda olacaqsınız. Əlbəttə, bunun üçün 9,5 milyon dollar xərcləməyiniz lazımdır.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu stansiyada bir gecə qalmaq üçün 792.000 dollar ödəməlisiniz.

Bu stansiya Yerdən 320 km yuxarıda yerləşir. Orion Span-ın rəsmi saytında bildirilir ki, stansiya hər 90 dəqiqədən bir dünya ətrafında dövr edəcək. Bu da o deməkdir ki, bir gün ərzində Günəş doğumu və batımının bir neçə dəfə şahidi olmaq mümkünləşəcək.

Hesablamalara görə, 12 günlük səfərdə 384 dəfə gün doğumunu izləmək qarantiyası verilir.

Əlavə olaraq, səfər edənlər öz ölkələrinin kosmosdan şəkilini də çəkə biləcəklər. Stansiyanın sürətli simsiz interneti sayəsində şəkilləri anında dostlarla paylaşmaq mümkün olacaq.

Şirkətin qurucularından Frank Bunger mediaya açıqlamasında deyib ki, biz bu layihədə astronavt olma təcrübəsini təqdim edirik: “Əmin ola bilərsiniz ki, bu təcrübəni yaşamaq üçün külli miqdarda pul ödəyəcək insanlar çoxdur ".