Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-22 15:13:55
Baş nazirlərin ixtisasları - onlardan biri hələ də təhsilini davam etdirir

Hazırda dünya təcrübəsində Baş nazirlər uğurlu siyasətçi olmaqla yanaşı, həm də pedaqoji fəaliyyətlə məşğul olurlar. Bu nazirlərin hər birinin ixtisası bir-birindən fərqlənir.

AzEdu.az bəzi ölkələrin Baş nazirlərinin təhsili barədə haqqında qısa məlumatı təqdim edir:

Türkiyənin Baş naziri Binəli Yıldırım İstanbul Texniki Universitetinin Gəmi İnşaetmə və Dəniz Elmləri Fakültəsinin məzunudur. O, Magistratura təhsilini də burada alıb.

1990-1991 illərdə İsveçdə Beynəlxalq Dənizçilik Təşkilatına (IMO) aid Dünya Dənizçilik Universitetində (WMU) Dənizdə can və mal təhlükəsizliyi rəhbərliyi mövzusunda ixtisas təhsili alıb. O, bu 6 ay ərzində Skandinaviya ölkələri və Avropada müxtəlif ölkələrin limanlarında Dənizçilik İdarəsi professionalları ilə birlikdə idarələrdə işləyib.


Rusiyanın Baş naziri Dmitri Medvedyev hüquq elmləri namizədi, dosentdir. Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsinin fəxri doktorudur. Dmitri Medvedyev 1987-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini, 1990-cı ildə isə həmin universitetin aspiranturasını bitirib.

O, 1990-1999-cu illərdə Sankt-Peterburq Dövlət Universitetində pedaqoq kimi fəaliyyət göstərib. Həmçinin Sankt-Peterburq Şəhər Sovetinin sədri Anatoli Sobçakın müavini,şəhər meriyasının xarici əlaqələr komissiyasının sədri Vladimir Putinin rəhbərlik etdiyi komissiyanın eksperti olur.


Gürcüstan Baş naziri Georgi Camaloviç Kvirikaşvili 1991-ci ildə Tiflis Dövlət Tibb Universitetinin Daxili Tibb Tədqiqatını, 1995-ci ildə isəTiflis Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. 1998-ci ildə İllinoys Universitetindən maliyyə dərəcəsi alıb.

Kvirikaşvili 1993-1999-cu illərdə Gürcüstanın müxtəlif banklarında icraçı vəzifəsində və 1999-cu ildə isə Gürcüstan Prezidentinin Dövlət Gömrük İdarəsində maliyyə və pul vahidinin müavini vəzifəsində çalışıb. 1999-2004-cü illər ərzində Gürcüstan Parlamentinin üzvü olub.


Kanadanın Baş naziri Castin Trüdo ilk təhsilini fransız dilli Jean-de-Brebeuf kollecində alıb. 1994-cü ildə MakGill Universitetini, 1998-ci ildə isə Britaniya Kolumbiya Universitetini bitirib. Məzun olduqdan sonra, Kolumbiyanın Vancouver şəhərində müəllimlik edib.

2007-ci ildə, Kanadadakı insanlara nümunə olmaq üçün ölkənin I Dünya müharibəsindəki iştirakının izahı (The Great War) adlı bir filmdə baş rolu canlandırıb. 2009-ci ildə gənclik və multikulturalizm, 2010-cu ildə isə vətəndaşlıq və immiqrasiya mövzularının tənqidçisi olub.

Hazırda Baş nazir Montreal Universitetində təhsilini davam etdirir.




Almaniyanın kansleri Angela Merkel 1973-1978-ci illərdə Leyspiq Universitetində fizika ixtisası üzrə təhsil alıb. 1978-90-cı illərdə Berlin Adlerşof  Elmlər Akademiyasının Mərkəzi Fizika  və Kimya İnstitutunda təhsilini davam etdirib. Kvant kimyası istiqamətində araşdırmalar apararaq, alimlik dərəcəsi alıb. Bundan sonra da həmin istiqamətdə fəaliyyətini davam etdirib, bir neçə elmi məqalə də yazıb.

İtaliyanın Baş naziri  Paolo Gentiloni Roma Sapienza Universitetinin Siyasət fakültəsində təhsil alıb. Buranı jurnalist kimi bitirib. 11 dekabr 2016-cı ildə baş nazir Matteo Renzinin istefasından sonra ona yeni hökumət formalaşdırmaq tapşırılıb. 12 dekabrda Gentiloni baş nazir vəzifəsinin icrasına başlayıb.