https://www.zirve.edu.az/ #
2019-05-27 12:17:00
Fənn olimpiada qalibləri olan “700-lər”- SİYAHI  

2018-ci ildə keçirilən qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərdən bəziləri eyni zamanda olimpiada qalibləridir.

AzEdu.az ötən il qəbul imtahanlarında maksimum nəticə göstərən olimpiada qaliblərini təqdim edir:

45 nömrəli tam orta məktəbin məzunu Elvin Kərimli 2017-2018-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarında Tarix fənni üzrə bürünc medalın sahibidir. Elvin hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alır.

Texniki-Humanitar Liseyin məzunu Zeynəb Quluzadə 2016-cı və 2017-ci illərdə keçirilən  fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə bürünc medal, 2017-ci və 2018-ci tədris ilində isə eyni fənn üzrə qızıl medal qazanıb. Zeynəb hazırda ADA Universitetinin Hüquq fakültəsində oxuyur.

214 nömrəli tam orta məktəbin məzunu Leyli Əhmədova 2016-cı və 2017-ci illərdə Respublika fənn olimpiadalarında tarix fənni üzrə qızıl medal qazanıb. Leyli Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsidir.

Ötən il maksimal bal toplayan 89 nömrəli tam orta məktəbin məzunu Şayxanım Həsənova da olimpiada qaliblərindən biridir. Şayxanım Həsənova hazırda  Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsində təhsil alır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları