https://www.zirve.edu.az/
17.05.2019 18:20
Buraxılış imtahanında 2 nəfər ən yüksək bal topladı  

"Aprelin 7-də XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanında ən yüksək nəticəni 2 şagird 300 bal toplayıb"

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib. Onun sözlərinə görə, 2 məktəbli  bütün suallara düzgün cavab verərək maksimum 300 balı topluya bilib:

"İmtahanda 2 şagird (Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları) onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb."

Qeyd edək ki, 11-ci sinif şagirdləri üçün 7 apreldə keçirilən buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub. 14, 21 və 28 aprel tarixlərində keçirilmiş imtahanların nəticələri də yaxın günlərdə mərhələ-mərhələ elan olunacaq.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları