
Fransa, Almaniya və İslandiya vətəndaşlığı ən cəlbedici olan dünya ölkələrinin reytinqində ilk üç yeri tutub.
AzEDU.az “Report”a istinadən xəbər verir ki, bu barədə "Henley & Partners" şirkətinin dərc olunan araşdırmasında deyilir.
Araşdırmaya görə, Azərbaycan reytinqdə 111-ci yeri tutub.
Qonşu respublikalardan Rusiya 63-cü, Türkiyə 83-cü, Gürcüstan isə 84-cü sırada qərarlaşıb.
Qeyd edək ki, ABŞ və Çin müvafiq olaraq 27-ci və 59-cu yerləri tutub.
Ümumilikdə reytinqdə 209 ölkənin vətəndaşlığı nəzərə alınıb.
Əlavə edək ki, reytinqin hazırlanması zamanı ekspertlər həm bu və ya digər ölkənin vətəndaşlığının alınmasının əlverişli olub-olmadığını göstərən daxili, həm də xarici amilləri təhlil ediblər. Hesabatın müəllifləri həmçinin ərazilərin işğalı faktorunun da ölkələrin reytinqinə təsir göstərdiyini açıqlayıblar.
kitabı







