Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-14 12:54:00
AMEA-nın tərkibində İlahiyyat İnstitutu yaradılsınmı? –“Bunu alqışlayaram”  

2019-2020-ci tədris ilindən IV-VIII sinif şagirdləri üçün dini biliklərin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş “Həyat bilgisi” dərsliklərinin tədris edilməsi nəzərdə tutulub.

Ali məktəblərdə isə  bu istiqamətli “Multikulturalizmə giriş” fənni  tərkibində tədris olunacaq.

Dinin tədrisi onun elmi aspektdən araşdırılmasını datələb edir. Elmi tədqiqat məsələlərini  yerinə yetirəcək yer isə Azərbaycan Milli Elmlər Akademiyasıdır.

Bunu nəzərə alsaq, AMEA-da nə zamansa dini profilli elmi tədqiqat  institutun  yaradılmasına ehtiyac olduğunu deyə bilərikmi?

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov AzEdu.az-a açıqlamasında belə bir məsələnin  heç zaman müzakirəolunmadığını vurğulayıb:

“Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin tabeliyində  İlahiyyat İnstitutu var. Burada hazırda  dini məsələlərlə bağlı müəyyən elmi fəaliyyət həyata keçirilir.AMEA-nın tərkibində isə belə bir institutun yaradılması  nəzərdə tutulmayıb”.

İlahiyyatçı-jurnalist, araşdırmaçı Rəsul Mirhəşimli isə bunun vətəndaşlara və cəmiyyətə faydalı olacağını deyib:

“Din mənəvi dünyagörüşünün formalaşmasında böyük rol oynasa da  eyni zamanda araşdırma tələb edən bir sahədir.Elmlər  Akademiyası qəbul edərsə, orada bu tip institutun yaradılması müsbət hal kimi qiymətləndirilə bilər”.

Jurnalist AzərRəşidoğlu da belə bir elmi mərkəzin yaradılmasının müsbət hal olduğunu qeyd edib:

“Din ilə bağlı hər hansı bir institutun yaradılmasını  hər zaman müdafiə etmişəm.Bu,  fanatizmin qarşısını almaq üçün atılmış çox gözəl addımlardan biridir.İslamı və digər dinləri olduğu kimi öyrətmək lazımdır.

İstənilən halda elmi şəkildə dini təbliğ edən qurumun yaradılmasını alqışlayıram.

Orta və ali məktəblərdə dinin əsaslarının öyrədilməsi çox müsbət haldır”.

Şükufə Süleymanlı