Birləşmiş Millətlər Təşkilatı dünyadakı təxminən, 6 milyon mühacir uşağın yarısından çoxunun məktəbə gedə bilmədiyini açıqlayıb.
AzEDU.az xarici mediaya istinadən xəbər verir ki, bu, 3 milyon 700 min uşaq deməkdir. Dünya uşaqlarının 90%-i məktəbə getdiyi təqdirdə, mühacirlərdə bu göstərici 50%-dir. Onların yüzdə biri isə orta məktəbi bitirib təhsilinə davam edir.
Hesabata görə, yoxsul ölkələrdə vəziyyət daha acınacaqlıdır. Buradakı 4 milyon 400 min suriyalı uşaqdan cəmi 35%-i orta təhsil ala bilir. Türkiyədəki suriyalı uşaqların 39, Liviyadakı uşaqların isə 40%-i məktəbə gedə bilir.
Hesabatda milyonlarla mühacirin təhsildən uzaq qalmasının illər sonra böyük bir böhrana səbəb olacağı bildirilir. Uşaqlara daha gözəl gələcək vəd etmək üçün öncə onlara təhsil vermək lazım olduğu qeyd edilib.
UNESKO-nun 2016-cı ildəki hesabatına görə isə bütün uşaqların orta təhsil ala bilməsi üçün azı 25 il gərəkdiyi bildirilib. BMT-nin isə “hər kəs üçün təhsil” hədəfinə 2030-cu ildə çatacağı güman edilir.