Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-14 12:02:18
Jurnalistika fakültəsinin tələbələri məzun olduqda and içməlidir – RTÜK-dən təklif

 

Türkiyənin Radio və Televiziya qurumunun (RTÜK) rəhbəri İlhan Yerlikaya tibb təhsilli universitet tələblərinin “Hipokrat” andı kimi Jurnalistika fakültələrindən məzun olan tələbələr üçün də “Etik qanunlar” adlı andın tərtib olunmasını istəyib.

AzEdu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Yerlikaya çıxışı zamanı Dünya Səhiyyə Təşkilatının açıqlamasını əsas gətirərək, dünyada meydana gələn ölümlərin üçdə ikisinin  ürək-damar xəstəliklərindən baş verdiyini bildirib. O, bu xəstəliklərin yaranmasına medianın birbaşa roluna diqqət çəkib.

Yerlikaya KİV nümayəndələrini bu mövzuya həssas yanaşmağa dəvət edib.

“Təəssüflər olsun ki, bir çox media orqanı reytinq  naminə etik dəyərləri nəzərə almır. Bu, cəmiyyətdə geri dönüşü olmayan bir çox problemə gətirib çıxarır0 Bu səbəbdən, jurnalistika fakültələrində təhsil alan tələbələrin məzun olduqdan sonra and içmələri mütləqdir”.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları