Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-24 15:43:00
Müəllimləri çoxdankı arzularına çatdıracaq müsahibələr, çoxdan gözlədikləri şanslar - REPORTAJ  

1 nömrəli komissiya iş başındadır…

Əliyeva Gülnar ibtida sinif müəllimidir. Artıq 4 ildir, müddətli müqavilə ilə çalışır. Sonuncu dəfə müəllimlərin işə qəbulu müsabiqəsində elə ötən tədris ilində (2017-2018) iştirak edib. MİQ-də 50 bal toplayan müəllim işlədiyi Bakı şəhəri 157 nömrəli tam orta məktəbdə daimiləşmək istəyir.

Məlumat üçün: Aprelin 22-dən etibarən respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibə mərhələsinə başlanılıb. 1-5 aprel tarixlərində elektron sənəd qəbulu zamanı sənədləri təsdiqlənən 1200-ə yaxın müəllim bu müsahibələrdə iştirak edəcək.

Əliyeva Gülnar müsahibədən çıxar-çıxmaz bir dəbiz onu sorğu-sual edirik. Azacıq həyəcanlıdır... Lakin üzündən müsahibə prosesindən razı qaldığı hiss olunur. Qeyd edir ki, komissiya öz işini uğurla həyata keçirir:

“Komissiya üzvləri olduqca mehriban davranırdılar. Otağa girəndə çox həyəcanlı olsam da, bir–iki dəqiqədən sonra keçdi. Çünki elə münasibət göstərirdilər ki, artıq özümü ələ alıb, həyəcanımı dəf edə bildim. Başa düşdüm ki, bütün potensialımı ortaya qoyub müsahibəni uğurla başa vurmalıyam. Ümid edirəm ki, mən komissiyadan razı qaldığım kimi, onlar da məndən razı qalarlar (red: gülür). Cavablamadığım suallar olmadı, hesab edirəm ki, hamısına düzgün cavab verdim”.

Komissiya N-6

Komissiyalar müsahibə otağında  iş başındadırlar. Əksəriyyətinin qadın olduğundan bəlli olur ki, bu gün elə ibtidai sinif müəllimləri də “imtahana çəkilir”. Komissiya Cəfərli Gültəkinlə öz işini başa vurub, onu yola salır.

Cəfərli Gültəkin gənc müəllimdir. Hazırda müddətli müqavilə ilə işlədiyi Saatlı rayonunun kənd məktəbində daimiləşmək istəyən gənc müəllimbir az həyəcanlı görünür. Müsahibəyə də  həmkarları ilə gəlib. Müsahibənin yaxşı keçdiyi qənaətində olan Cəfərli Gültəkin verilən bütün sualları cavablandırdığını deyir:

“Müəllimlərin işə qəbulu müsabiqəsində 2018-ci ildə iştirak edib, 45 bal toplamışam. Müddətsiz əsaslarla işləmək üçün ilk dəfə müsabiqədə iştirak edirəm.

Ümumiyyətlə, müsahibədəəsasən dünyagörüşümüzü yoxlayır və ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı suallar verirdilər. Əlavə olaraq, pedaqoji qabiliyyətimi də yoxladılar. Bir də ölkədə baş verən son yenilikləri də soruşub, gündəmdən xəbərim olub – olmadığını aydınlaşdırdılar.

Tam dəqiq deyə bilmərəm, amma inanır və ümid edirəm ki, müsahibədən uğurlu keçəcəyəm”.

Müəllimlər üçün yeni şans

“Bu il müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsabiqə qaydalarında müəyyən dəyişikliklər edilib”

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin daimiləşməsi üçün təşkil edilən müsabiqə barədə məlumat verib.

O, qeyd edib ki, müsabiqənin müsahibə mərhələsində 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər:

“Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən 22-24 aprel 2019-cu il tarixlərində keçirilməsi nəzərdə tutulan müsahibələrdə 1200-dən çox müəllimin iştirak etməsi gözlənilir.

Ötən ildən fərqli olaraq, bu il müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsabiqə qaydalarında müəyyən dəyişikliklər edilib. Belə ki, dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla çalışan, eyni zamanda İnsan Resursları Mərkəzi tərəfindən müddətli əmək müqaviləsi ilə ikinci iş yeri ilə təmin olunan müəllimlər artıq hər iki iş yerində müddətsiz əsaslarla çalışmaq imkanı əldə edə bilərlər. Nəticədə, namizədlər daimi iş yerindən azad olunmadan müddətli əmək müqaviləsi əsasında işlədiyi ümumi təhsil müəssisəsində də daimiləşmək üçün müsabiqədə iştirak edə bilərlər.

Müsabiqənin nəticəsinə əsasən uğur qazanan namizədlər müsabiqəyə müraciət etdiyi ümumi təhsil müəssisəsində əsas, digər iş yerində isə əlavə olmaqla hər iki ümumi təhsil müəssisəsində daimi əsaslarla fəaliyyət göstərə və ya işdən imtina edə bilərlər.

Bu yeniliklə müəllimlər həmçinin dövlət ümumi təhsil müəssisələrində müəllimlərin yerdəyişməsi, müəllimlərin işə qəbulu müsabiqələri ilə yanaşı artıq bu yenilik sayəsində müəllimlər iş yerlərini müstəqil dəyişmək kimi imkanlar əldə edə biləcəklər.

Hər iki dövlət ümumi təhsil müəssisəsində eyni zamanda müddətsiz əsaslarla çalışmaq imkanını müəllimlərin sosial rifahının yüksəldilməsi istiqamətində atılan addım adlandırmaq olar”.

Xatırladaq ki, ötən tədris ilindən etibarən artıq müddətli əsaslarla işləmək istəyən müəllimlər mərkəzləşdirilmiş qaydada işə götürülürlər. Əvvəllər isə müəllimlərin müddətli əsaslarla işə qəbulunu rayon təhsil şöbələri həyata keçirirdi.

Müsahibə komissiyaları

“Müraciət edən müəllimlərin əksəriyyətinin psixoloji hazırlığı yerindədir”

Rəşad Həsənov müsahibə komissiyasının sədridir. Astara Rayon Təhsil Şöbəsinin müdiri R.Həsənov qeyd edir ki, komissiya müraciət edən müəllimlərin psixoloji hazırlığını, pedaqoji kompetensiyalarını və səriştələrini yoxlayırlar. Komissiyanın işi səhər saat 09:00-dan başlayıb, 18:00-a qədər davam edir.Müəllimlərin müddətsiz əsaslarla işə qəbulu üçün təşkil edilən müsabiqəninmüsahibə mərhələsi22-24 aprel tarixlərini əhatə edəcək.

Komissiya sədri bildirir ki, ümumi dünyagörüşünə sahib, psixoloji hazırlığı qaydasında olan və kompetensiyalara cavab verən müəllimlər komissiyanın ümumi rəyi əsasında yüksək qiymətləndirilir. Müsahibələrə bu gün başlanıldığı üçün hələki cəmi 14 müəllim müraciət edib. R.Həsənovun sözlərinə görə, demək olar ki, bütün müraciətçilərin psixoloji hazırlığı yerindədir, qənaətbəxşdir: “Çünki həmin müəllimlər ötən tədris ilində müsahibədən uğurlu keçib və müddətli əsaslarla işə qəbul olunublar. Yəni müsahibəyə gələn müəllimlərin təcrübələri olduğu bəllidir. Lakin bir şeyi qeyd edim ki, müşahidələrimə əsasən, yaşlı müəllimlərə nisbətəngənclərin dünyagörüşləri dahaüstündür”. Komissiya sədri bunu həmin gənc müəllimlərin sosial şəbəkələrdəki aktivliyi ilə əlaqələndirir.