Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-22 17:14:32
Orijinal mobil tətbiq hazırlayan, sinfə dərs keçən şagirdlər - Ölkəni dünya üçüncüsü edən örnək məktəb - VİDEO
Qazaxıstanın Almaata şəhərində keçirilən 17-ci "International Computer Project Olympiada-2019" (InfoMatrix) beynəlxalq layihə müsabiqəsində ölkəmizi təmsil edən məktəblilər 2 bürünc medal qazanıblar.
 
Bürünc medal sahibləri Bakı şəhəri, Xalid Quliyev adına 62 saylı məktəb-liseyin VIII sinif şagirdi Eyvazlı Yusif və X sinif şagirdi Dəmirçiyev Nicatdır.
 
“Chemistrypal” adlı layihənin məqsədi şagirdlərin Kimya fənninə olan marağını artırmaq və onların bu sahədə təcrübi biliklərinin təkmilləşdirilməsinə nail olmaqdır.
 
AzEdu.az əməkdaşları məktəblilərimizə beynəlxalq arenada uğur gətirən bu layihə haqqında geniş məlumat əldə etmək, eləcə də onların bu nailiyyətlərinin bilinməyən tərəflərini işıqlandırmaq üçün 62 saylı məktəbdə olub.
 
Məktəbdən hazırladığımız video reportajı təqdim edirik: