Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-18 14:50:00
Azərbaycan və Yaxın Şərqin dağıdılan "Notr-Dam"ları - Vəhşiliyin qurbanı olan tarixi abidələrimiz -VİDEO

Fransada XII əsrə aid Məryəm Ana katedralındabaş verən yanğın bütün dünyanı sarsıtdı.Parisin əsas rəmzlərindənolan kilsəninuzun qülləsinin bir hissəsi aşıb, məbədin saatı isə yanaraq məhv olub.

AzEdu.az xəbər verir ki, şəhərin ilk xristian ibadət ocağı  sayılan mədəniyyət incisi 856 illik tarixə malikdir. Hazırda Paris Notr-Dam kilsəsi kimi bilinən tarixi abidənin  bərpası üçün ianələr toplanılır və Fransa hökuməti tərəfindən qanun layihəsi hazırlanır.

Fransa prezidenti kilsənin yenidən əvvəlki vəziyyətinə qaytarılacağına söz verib.

Doğrudur, tarix üçün böyük itkidir. Amma  insanları təəssüfləndirənyalnız Notr-Dam  kilsəsi olmamalıdır.

Dünyada və ölkəmizdə isə tarixi mədəniyyət abidələrinin dağıdılması məlumdur. Bu mədəniyyət incilərindən bəzilərinin  siyahısını  təqdim edirik: 

Hatra 2015-ci ildə İŞİD tərəfindən ələ keçirilərək dağıdılıb.E.ə.3-cü əsrdə əsası qoyulan şəhər 1985-ci ildə YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilmişdi.

2001-ci ildə Əfqanıstanda Taliban hərəkatının üzvləri Buddanın Bamian heykəllərini bütpərəstlik rəmzi kimi partlatdılar.

Daha bir tarixi məkan –İraqdakı Hz.Yusif Məscidi2014-cü ildə

İŞİD tərəfindən yerlə-yeksan edildi. 

Nimrud şəhəri-Şimali İraq ərazisində yerləşən qədim şəhər 2015-ci il 5 martda İŞİD qruplaşmasının qurbanı oldu. 2800 illik tarixə malik bu şəhər Assuriya hökmdarı I Salmanasarın dövründə inşa edilmişdi. 

Palmira şəhəri - 23 may 2015-ci ildə İŞİD hərbi qüvvələri Palmiranın məşhur şir tanrı heykəlini və şəhər ərazisində saxlanılan çoxsaylı digər heykəlləri dağıtdı. Sonradan İŞİD qüvvələri Bel məbədini, Elhabel türbəsini də məhv etdilər.

Dəməşqdəki, Əməvilər məscidi ( digər adı ilə Umayyad)2013-cü ildə Suriya müharibəsi dövründə məhv edilib. Dünyanın ən böyük məscidlərindən olan,YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilən məscid 8-ci əsrdə inşa edilmişdi.

Qədim Azərbaycan torpaqlarında, o cümlədən Dağlıq Qarabağda isə367 tarixi abidə, 67 məscid, 140 ziyarətgah, məbədlər dağıdılıb. Erməni işğalçıları tərəfindən dağıdılan abidələr sırasına Aşağı və Yuxarı Gövhərağa məscidləri, Natəvanın saray kompleksi, Molla Pənah Vaqifin məqbərəsi, Ağdam Çörək Muzeyi, Qubadlı tarix-diyarşünaslıq muzeyi və s. daxildir. Bütün bunlar isə Azərbaycan xalqının milli-mənəvi yaddaşına güclü zərbədir.