Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-04 11:44:54
“Test imtahanları daha da təkmilləşəcəkdi, lakin yarımçıq qaldı” – Firudin Cəlilovun təəssüfü  

“Mən Təhsil naziri olduğumda ən böyük  problem təşkilati məsələlərlə bağlı idi. Çünki məndən 4-5 il öncə qərar çıxmışdı ki, üç nazirlik birləşdirilsin: Ali məktəblər üçün olan nazirlik, orta məktəblər üçün olan nazirlik və peşə təhsili üçün olan nazirlik... Lakin, bu həllini tapmamışdı. Bir neçə ay bunun üzərində işlədim.Amma, nazirlik buna imkan yaratmadı. Belə olsaydı, təhsildə də inkişaf özünü göstərərdi”.

Bunu AzEdu.az-a açıqlamasında sabiq Təhsil naziri,türkoloq alim, professor Firudin Cəlilovdeyib.

O, qısa nazirlik fəaliyyəti dövründə (1992-1993) bir çox yeniliklərə imza atdığını, lakin, bunlardan bəzilərinin yarım qalıb, həyata keçmədiyini də vurğulayıb:

Azərbaycan müstəqillik əldə etdikdən sonra onun təhsil sistemində də, dəyişiklik olmalı idi.Bu, ilk olaraq kitab məsələsində özünü büruzə verirdi.Çünki, müstəqil dövlətin kitabları, dərslikləri sovet təfəkkürlü ola bilməzdi.Ona görə də, milli düşüncəli  kitablar, dərsliklər yaratmağa başladıq. Bir il ərzində 80-ə yaxın yeni dərslik hazırladıq.Bu rekord göstərici idi.Hətta, indiki zamanda belə nəticə göstərən olmayıb. Biz bunun üçün kadrlar toplayıb, proqramlar hazırladıq.Hətta iş o qədər çox idi ki, mətbəələr sifarişləriçatdırmaqda çətinlik çəkirdi.Buna görə də,dərsliklərin yarısını Rusiyada çap etdirdik.Lakin, bu kitablar təkminləşməli idi və ardıcıl şəkildəyazılmalıydı.Vəzifədən çıxdığım üçün bu iş də, yarımçıq qaldı.

İlk dəfə test imtahanları da, mənim zamanımda Azərbaycana gətirilmişdi.Bunun nəticəsində qəbul imtahanında ədalət bərpa olundu və yalnız savadı olan universitetə daxil ola bildi.Amma, mən istəyirdim bu test imtahanlarını təkmilləşdirim və iki mərhələ şəklinə salım.Lakin, bu iş də yarımçıq qaldı.

Universitetlərin filialları çox idi və əksəriyyəti Bakıda yerləşirdi.İstəyirdim  ki, Bakıda olan bu sıxlığı aradan qaldırım və bölgələrdəki təhsili inkişaf etdirim.Tələblər bir də əziyyət çəkib Bakıya gəlməsinlər.Elçibəy də, buna razılıq vermişdi. Sonradan bəzi səbəblərdən nəticəsiz qaldı”.

Şükufə Süleymanlı