Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-24 14:59:00
İngilis dilinin öyrənilməsi üçün 255 milyon dollar vəsait ayrıldı

Çinin ingilis dilinin öyrənilməsi üzrə  “DaDa”  startapı “Warburg Pincus”  investisiya firmasından 255 milyon dollar qazanıb. 

"DaDa”  4-16 yaşlı uşaqların  ingilis dilini bu dilin daşıyıcılarının köməyi  ilə öyrəndiyi virtual siniflər sistemidir.  Bu platformadan Çin, Yaponiya, Tayvan, Cənubi Koreya məktəbliləri  fəal şəkildə istifadə edirlər. 

AzEdu.az-ın məlumatına görə, bu gün “DaDa”  şirkəti müxtəlif  investorlardan 860 milyon dollardan çox vəsait cəlb edə bilib. İngilis dilinin öyrənilməsi üçün Çin platformaları sürətlə məşhurluq qazanır və investisiyalar  cəlb edir. “DaDa”dan başqa, “Vipkid”  və “ABC360”dən də fəal surətdə istifadə edilir.

“DaDa”nın virtual siniflərində, Böyük Britaniya, Avstraliya, Kanadadan olan müəllimlər 4-16 yaşlı  uşaqlara ingilis dilini tədris edirlər. Məşğələlərdən əvvəl platformanın alqoritmi uşaqların maraq və  meyillərini təhlil edir, onlara şəxsi təlimatçı seçir.  Uşaqlar bütün tədris dövründə təlimatçılarla işləyirlər. Valideynlər məşğələlərin gedişini, uşağın inkişafını, materialların məzmununu izləyə bilərlər.

Azərbaycan müəllimi