Azedu.az

Dünyanın ən böyük arısı aşkarlandı - məhv olmuş sayılırdı - VİDEO - FOTO

Maraqlı

Elmi institut və təşkilatlar

22 Fevral 2019, 13:50
Dünyanın ən böyük arısı aşkarlandı - məhv olmuş sayılırdı - VİDEO - FOTO

Dünyanın ən böyük arısı, "Nəhəng Uolles arısı" kimi tanınan "Megachile pluto" İndoneziyadakı Molukk adalarının şimalında aşkarlanıb.

AzEdu.az Daily Mail-ə istinadən bildirir ki, bu arı məhv olmuş, nəsli kəsilmiş sayılırdı. Amerikalı və avstraliyalı bioloqlar erkək "Megachile pluto"nu yerdən 2 metr hündürlükdəki termit yuvasında tapıblar.

Son 38 ildə bu arını görən olmamışdı.

"Megachile pluto"nu ilk dəfə britaniyalı naturalist Alfred Uolles 1858-ci ildə aşkarlayıb.

Növbəti dəfə alimlər bu arı ilə 1981-ci ildə qarşılaşıblar. Amerikalı entomoloq Adam Messer "Megachile pluto"neu araşdıraraq bu arıların pətəklərini necə inşa etdiklərini müşahidə etmişdi.

Arının uzunluğu 4 sm-ə çatır.

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox