Azedu.az

MEK-nın oxucuları bir sıra məlumat bazalarında elektron resurslardan istifadə edə bilərlər

Maraqlı

Elmi institut və təşkilatlar

18 Fevral 2019, 10:41
MEK-nın oxucuları bir sıra məlumat bazalarında elektron resurslardan istifadə edə bilərlər

Martın 1-dən aprelin 15-dək Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) oxucular “Cambridge University Press”, “Taylor&Francis” və “Wiley Online Library” elektron bazalarında tammətnli e-resurslardan istifadə edə bilərlər.

MEK-dən AzEdu.az-a bildirilib ki, “Cambridge University Press” məlumat bazasında dəqiq və humanitar elmləri əhatə edən tammətnli elektron nəşrlər yerləşdirilib.

“Taylor&Francis” məlumat bazasında əsasən sosial, elm və texnologiya və tibb elmlərini əhatə edən tammətnli e-kitab və jurnallar yer alıb.

“Wiley Online Library” məlumat bazasında isə 1600-dan çox jurnal, 21000 onlayn kitab, 7 milyondan çox elmi məqalələr yerləşdirilib. Bu məlumat bazasının özəlliyi impakt faktorlu jurnalları satın almaqla yanaşı, Nobel mükafatı laureatlarının da əsərlərini istifadəçilərin ixtiyarına verməsidir.

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox