Bakı Dövlət Universitetinin “SABAH” qrupunun fizika müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri fevralın 18-dən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda təcrübə keçəcəklər. Təcrübə akademiyanın prezidenti, akademik Akif Əlizadənin “SABAH” qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçməsi haqqında” sərəncamına əsasən təşkil ediləcək.
İnstitutdan AzEdu.az-a bildirilib ki, təcrübə dövründə tələbələr laboratoriyalarda aparılan elmi-tədqiqat işləri, müasir avadanlıqların iş prinsipi ilə yaxından tanış olacaq və təhsil aldıqları müddətdə əldə etdikləri bilikləri təcrübi olaraq təkmilləşdirəcəklər.
Qeyd edək ki təcrübə may ayının sonunadək davam edəcək.