https://www.zirve.edu.az/
10.02.2019 11:11
Dövlət qulluğuna qəbulla bağlı elektron sınaq imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçirilir.

Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə bu gün  saat 10:00-da başlayıb.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verirlər.

Qeyd edək ki, sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə almasını xahiş edirik.