Azedu.az

Universitetlərdə dərslər onlayn OLACAQ

AzEdu Təhsil Platforması

22 Sentyabr 2026, 19:44
Universitetlərdə dərslər onlayn OLACAQ

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb. 

Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunacaq.

Əmr Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi müddətdə tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə imzalanıb. 

Ali təhsil müəssisələrinə əmrin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Putin üçün əsl cəhənnəm başlayır - Sərhəddə yeni müharibə
Son xəbərlərDaha çox