Sentyabrın 4-də səhər saatlarında Günəşdə M sinfinə aid partlayış baş verib.
AzEdu.az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Məlumata görə, sentyabrın 4-də Bakı vaxtı ilə saat 11:53-də 4524 (N11E74) ləkələr qrupunda rentgen diapazonunda 27 dəqiqə davam edən M1.2 sinifli partlayış qeydə alınıb.
Qeyd edək ki, rentgen şüalanmasının gücünə əsasən Günəşdəki partlayışlar beş sinfə təsnif edilir: A, B, C, M və X. Minimum səviyyə sayılan A0.0 sinfi Yer orbitində bir kvadrat metr üçün 10 nanovatt şüalanma gücünə uyğun gəlir. Hər növbəti hərfə (sinfə) keçid zamanı bu güc 10 dəfə artır. Partlayışlar adətən Günəş plazması tullantıları ilə müşayiət olunur və həmin plazma buludları Yerə çatdığı təqdirdə maqnit qasırğalarına səbəb ola bilir.