Azedu.az

UNEC-də İsrailin süni intellekt üzrə mütəxəssisləri tərəfindən təlimçilərin təliminə start verilib

Ali təhsil

2 Sentyabr 2026, 17:44
UNEC-də İsrailin süni intellekt üzrə mütəxəssisləri tərəfindən təlimçilərin təliminə start verilib

UNEC-də İsrailin süni intellekt üzrə ekspertləri tərəfindən universitet müəllimləri üçün təlimçilərin təlimi - peşəkar inkişaf proqramına start verilib.

AzEdu.az xəbər verir ki, Beynəlxalq Süni İntellekt Layihəsinin İsrail üzrə rəhbəri, Süni İntellektin ATM-lərdə akademik inteqrasiyası üzrə beynəlxalq eksperti Ravit Gonenin rəhbərliyi ilə həyata keçirilən təlimlərin məqsədi universitet müəllimlərinin süni intellekt alətlərindən səmərəli, etik və pedaqoji baxımdan məqsədəuyğun istifadə bacarıqlarını inkişaf etdirmək, eləcə də süni intellektin ali təhsildə tətbiqi üzrə beynəlxalq təcrübənin UNEC-ə inteqrasiyasına dəstək olmaqdır.

5 günlük təlimlər süni intellekt üzrə 40 saatlıq proqramı əhatə edir və təlimlərə aidiyyatı sahələrdə tədris aparan müəllimləri cəlb olunublar. Proqram çərçivəsində iştirakçılara süni intellektin əsas anlayışları və işləmə prinsipləri, Sİ savadlılığı üzrə beynəlxalq yanaşmalar, süni intellekt alətlərinin əsas kateqoriyaları ilə tanış olacaqlar.

Praktiki məşğələlərdə isə süni intellektdən istifadənin əsas prinsipləri, tədrisdə praktiki promptinq, Sİ dəstəkli dərs planlaşdırılması, süni intellekt vasitəsilə tədris məzmununun hazırlanması və auditoriya fəaliyyətlərinin təşkili kimi istiqamətlərə xüsusi diqqət yetiriləcək.

İsrailli ekspertlərin rəhbərliyi ilə keçirilən təlimçilərin təlimi proqramı müəllimlərə süni intellektin yalnız texnoloji imkanlarını deyil, onun ali təhsildə tədris prosesinə düzgün və məsuliyyətli inteqrasiyası yollarını öyrənmək imkanı yaradır.

UNEC-də həyata keçirilən layihə universitetin tədris prosesində süni intellektdən istifadənin genişləndirilməsi və akademik heyətin yeni texnologiyalara uyğunlaşmasının dəstəklənməsi istiqamətində reallaşdırılan növbəti addımdır.

Müəllimlər üçün keçirilən layihənin gələcək mərhələdə tələbələri də əhatə etməsi nəzərdə tutulub

Rus ordusu Ermənistandan çıxacaq! - Putindən kritik açıqlama
Son xəbərlərDaha çox