Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2026/2027-ci tədris ili üçün təkrar ali təhsilə sənəd qəbulunun qeydiyyat müddəti sentyabrın 4-dək uzadılıb.
Bu barədə AzEdu.az-a UNEC-dən məlumat verilib.
Bildirilib ki, təkrar ali təhsilə sənəd qəbulu elektron qaydada //portal.edu.az/ və //www.kabinet.unec.edu.az portalları vasitəsilə həyata keçirilir.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:
•Rektorun adına ərizə;
•Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
•3x4 sm ölçüdə fotoşəkil;
•Şəxsiyyət vəsiqəsinin surəti.
QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.
Telefon: (012) 564-38-92.
Mobil: (070) 578-08-59 (WhatsApp); (055) 875-04-33