Azedu.az

Magistraturanın boş yerləri üzrə nəticələr dərc edildi

Dövlət İmtahan Mərkəzi

2 Sentyabr 2026, 11:19
Magistraturanın boş yerləri üzrə nəticələr dərc edildi

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 7-ci nömrəsini təqdim edib.

AzEdu.az xəbər verir ki, jurnalın bu nömrəsində 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri dərc edilib.

Jurnalda həmçinin ixtisaslaşmalar üzrə minimal keçid balları və dövlət sifarişli yerlər üzrə müsabiqə nəticəsində alınmış keçid balları təqdim edilib.

Jurnalının elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.

Rus ordusu Ermənistandan çıxacaq! - Putindən kritik açıqlama
Son xəbərlərDaha çox