Azedu.az

Ali təhsil və kolleclərə boş plan yerləri üzrə ixtisas seçimi davam edir

Dövlət İmtahan Mərkəzi

1 Sentyabr 2026, 09:46
Ali təhsil və kolleclərə boş plan yerləri üzrə ixtisas seçimi davam edir

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi 2 sentyabr saat 23:59-dək aparılacaq.

AzEdu.az xəbər verir ki, ixtisas seçmək hü­ququ olan abituriyent ali təhsil müəssisə­ləri­nin və orta ix­tisas təhsili müəssisələ­rinin 20-dək ixtisas kodu­nu seçib, onları //www.e-gov.az/az/services/read/3149/2 inter­net ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub.

Orta ixtisas təhsili müəssisə­lərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.

Jurnalların elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.

Putin qorxuya düşdü - Məni a*sacaqlar! Şok açıqlama yayıldı
Son xəbərlərDaha çox