Azedu.az

UNEC Qırğız-Özbək Beynəlxalq Universiteti ilə əməkdaşlıq edir

Ali təhsil

1 Sentyabr 2026, 09:04
UNEC Qırğız-Özbək Beynəlxalq Universiteti ilə əməkdaşlıq edir

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Qırğızıstanın ali təhsil müəssisələri arasında əməkdaşlıq 2024-cü ildən etibarən genişlənib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, Qırğızıstanın ali təhsil müəssisələri ilə əlaqələrin inkişafında mühüm addımlardan biri universitetin rektoru professor Ədalət Muradovun Qazaxıstanda keçirilmiş “QS Higher Ed Pre-Summit: Asia Pacific 2024” tədbiri çərçivəsində Qırğızıstanın ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşləri olub.

Görüşlər zamanı universitetlərarası əməkdaşlığın inkişaf perspektivləri, akademik əlaqələrin genişləndirilməsi və elmi əməkdaşlıq imkanları müzakirə edilib.

Həmin il B.Sıdıkov adına Qırğız-Özbək Beynəlxalq Universiteti ilə əməkdaşlıq haqqında memorandumun imzalanması da UNEC-in Qırğızıstanın ali təhsil müəssisələri ilə əlaqələrinin institusional əsasda inkişaf etdirilməsi istiqamətində mühüm addım olub. Sənəddə akademik, elmi və təhsil sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi üçün əməkdaşlıq çərçivəsi müəyyənləşdirilib.

Putin qorxuya düşdü - Məni a*sacaqlar! Şok açıqlama yayıldı
Son xəbərlərDaha çox