Azedu.az

4 dəfə MİQ-də iştirak etdi, yüksək balla məktəbə qəbul oldu

MİQ

31 Avqust 2026, 11:02
4 dəfə MİQ-də iştirak etdi, yüksək balla məktəbə qəbul oldu

Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə müsahibə mərhələsi davam edir.

Bu mərhələdə iştirak edən namizədlər həm imtahan nəticələrini, həm də müsahibə təcrübələrini bölüşürlər.

AzEdu.az xəbər verir ki, onlardan biri də MİQ imtahanında 93.71 bal toplayan və müsahibəyə 4-cü dəfə qatılan Aytac Muxtarovadır.

5 illik pedaqoji təcrübəyə malik Aytac Muxtarova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya müəllimliyi ixtisasını bitirib.

Hazırda Abşeron rayonunda yaşayan namizəd son 4 ildə Hacıqabul rayonunun 1 nömrəli Udullu kənd tam orta məktəbində pedaqoji fəaliyyət göstərib.

O bildirib ki, yaşadığı ərazidən məktəbə məsafənin uzaq olması səbəbindən bu il MİQ imtahanında iştirak edib:

“93.71 balla Xırdalan şəhər 8 nömrəli tam orta məktəbdə uğur qazandım. Müsahibə mərhələsində də iştirak etdim və mənə görə, uğurlu keçdi. Verilən sualların hamısına doğru cavab verdiyimi düşünürəm”.

Namizədin sözlərinə görə, müsahibə zamanı əsasən psixoloji, dünyagörüşü və kurikulumla bağlı suallar səsləndirilib. Suallar qiymətləndirmə, müəllim-şagird münasibətləri və gündəlik pedaqoji situasiyaları da əhatə edib.

GƏRGİNLİK ARTDI! İran hücuma keçdi -İsrail Türkiyəni vurmaqla hədələdi
Son xəbərlərDaha çox