Artıq ixtisas seçiminin nəticələri açıqlanıb. Sabahdan etibarən ali təhsil müəssisələrinə qəbul olunanlar üçün sənəd qəbulu başlayır.
AzEdu.az-ın məlumatına görə, Kəlbəcər rayon 28 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən, “İlin gənc müəllimi” müsabiqəsinin 2023-cü il üzrə qalibi Rəşad Hümbətovun hazırladığı 21 şagird hüquqşünaslıq ixtisasına qəbul olub.
Onlardan Turan Xəlilzadə, Nəzrin Əliyeva, Məryəm Mirzəyeva, Zeynəb Kərimova, Güllü Babazadə, Röya Kəlbiyeva, Ayan Abbasova, Fatimə Nəbizadə, Mələk Aslanlı, Sevinc Məmmədova və Arzu Şirinli Bakı Dövlət Universitetin Hüquq fakültəsinə qəbul olunublar.
Fidan Quluzadə ADA Universitetinə, Aytən Səmədli, Aysu Nəsirova və Şahin Cəlallı Dövlət Gömrük Komitəsinin Akademiyasına (DGKA), Arzu Kərimova Qarabağ Universitetinə, Rəvan Bəşirli və Aysun Əliyeva Naxçıvan Dövlət Universitetinə, Əbutalıb Əsgərzadə və Aynur Əhədova Milli Aviasiya Akademiyasına (MAA), İsmayıl Məsimli isə Dövlət İdarəçilik Akademiyasına (DİA) qəbul olunub.

Fidan Şahkərəmova