Azedu.az

10 Azərbaycan vətəndaşı HTP çərçivəsində Latviyada təhsil alacaq

AzEdu Təhsil Platforması

31 Avqust 2026, 10:29
10 Azərbaycan vətəndaşı HTP çərçivəsində Latviyada təhsil alacaq

Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlıq çərçivəsində 2026-2027-ci tədris ili üzrə 10 nəfər Azərbaycan vətəndaşı Latviyada təqaüdlə təhsil alacaq.

Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Qeyd olunub ki, Latviya Respublikasının yekun qərarına əsasən təqaüd hüququ qazanmış 10 nəfər bu ölkənin Riga Stradiņš University, Riga Technical University, University of Latvia, Latvia University of Life Sciences and Technologies, Transport and Telecommunication Institute, Turība University və digər ali təhsil müəssisələrində müxtəlif səviyyələrdə təhsil almaq hüququ qazanıblar.

Qeyd edək ki, Latviya hökumətinin təqaüd proqramından yararlanan 22 ölkə arasında təqaüdçülərin sayına görə Azərbaycan ilk beşlikdə yer alır.

GƏRGİNLİK ARTDI! İran hücuma keçdi -İsrail Türkiyəni vurmaqla hədələdi
Son xəbərlərDaha çox