Azedu.az

Ağrı dağında Nuhun gəmisinin izləri tapıldı

Hadisə

30 Avqust 2026, 10:05
Ağrı dağında Nuhun gəmisinin izləri tapıldı

Türkiyənin Ağrı dağı ərazisində aparılan dərinlik skanları zamanı qeyri-adi yeraltı strukturlar müəyyən edilib.

AzEdu.az NTV-ə istinadən xəbər verir ki, mütəxəssislər ərazidə çoxsaylı boşluqlar, bucaqşəkilli elementlər və hamar sərhədlərə malik oyuqlar aşkar ediblər.

Tədqiqatçılar bunların əfsanəvi Nuhun gəmisinin qalıqları ola biləcəyini ehtimal edirlər.

Araşdırmalar nəhəng gəminin siluetini xatırladan qaya massivində aparılır. Bildirilir ki, obyektin uzunluğu 300 qulacdır və bu göstərici Əhdi-Ətiqdə Nuhun gəmisinə dair verilən təsvirlə üst-üstə düşür.

Alimlərin daha dəqiq nəticələri yaxın iki ay ərzində açıqlayacaqları gözlənilir. Hələlik aşkar edilən strukturların Nuhun gəmisinə aid olduğunu təsdiqləyən qəti elmi sübut təqdim edilməyib.

SON DƏQİQƏ! DİN kritik əməliyyat keçirdi - Saxlanılanlar var
Son xəbərlərDaha çox