Azedu.az

Azyaşlıya zorakılıq iddiası - DİN-dən AÇIQLAMA

Hadisə

30 Avqust 2026, 15:56
Azyaşlıya zorakılıq iddiası - DİN-dən AÇIQLAMA

Aktrisa Oksana Rəsulova sosial şəbəkə hesabında psixoloq Ceyran Muradovanın azyaşlı uşağa zorakılıq göstərdiyi iddia edilən görüntülər paylaşıb.

AzEdu.az xəbər verir ki, o, məsələ ilə bağlı polisə müraciət etdiyini qeyd edib.

“Bir vətəndaş kimi sizdən xahiş edirəm, bu məsələni araşdırıb düzgün nəticə əldə edəsiniz”, - deyə Oksana Rəsulova bildirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan isə "Qafqazinfo"ya bildirilib ki, bununla bağlı Şirvan ŞPŞ-yə müraciət daxil olub və müvafiq araşdırmalar aparılır. Məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər görülür.

SON DƏQİQƏ! DİN kritik əməliyyat keçirdi - Saxlanılanlar var
Son xəbərlərDaha çox