Azedu.az

Milli Müdafiə Universiteti “Hərbi tibb” ixtisası üzrə əlavə qəbul elan edir

Dövlət İmtahan Mərkəzi

28 Avqust 2026, 12:42
Milli Müdafiə Universiteti “Hərbi tibb” ixtisası üzrə əlavə qəbul elan edir

Milli Müdafiə Universiteti 2026-cı ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanında IV ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplamış kişi və qadın cinsli abituriyentlərə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “Hərbi tibb” ixtisası üzrə təhsil almaq imkanı təqdim edir.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Hərbi Tibb Fakültəsində “Hərbi tibb” ixtisası üzrə təhsil almaq arzusunda olan abituriyentlər 28 avqust 2026-cı il saat 23:59-dək təqdim olunan müraciət formasını (//shorturl.at/Kvr9t) doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Qeyd: Qadın namizədlərin Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə qəbulu Müdafiə Nazirliyinin müəyyən etdiyi kadr tələbatı və ixtisaslar üzrə ayrılmış plan yerləri nəzərə alınmaqla həyata keçirilir.

Hər hansı sual yaranarsa, *0811 çağrı mərkəzindən məlumat almaq mümkündür.

Rusiya Bakıya hədə-qorxu gəldi - Hazırlaşın, sizə də...
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox