2026-2027-ci tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsahibə mərhələsində iştirak edən Cəfərova Töhfə Abbasəli qızı müsahibə prosesi ilə bağlı təəssüratlarını AzEdu.az-a bölüşüb.
“Adım Cəfərova Töhfə Abbasəli qızıdır. Ağcabədi rayonunda yaşayıram. Bu il Təsviri incəsənət müəllimliyi üzrə MİQ müsahibəsinin ikinci seçimində iştirak etmişəm və ikinci müsahibəmə gəlmişəm.
2026-cı il üzrə MİQ-in test mərhələsində 83 bal toplamışam. İmtahan mərhələsi mənim üçün çox gözəl keçib. Prosesi çox şəffaf və aydın qiymətləndirirəm. Hər şey gözlədiyim kimi olub.
Müsahibə mərhələsi də gözlədiyimdən fərqli olmayıb. Verilən suallar gözlənilən və ixtisasımıza uyğun suallar idi. Mənə ixtisasımla bağlı, psixoloji istiqamətdə və metodika üzrə suallar verilib. Hər biri tam şəffaf və gözlənilən suallar idi.
Nəticəmi yaxşı gözləyirəm. İnşallah, yaxşı olar. Ümidvaram ki, yaxşı nəticə əldə edəcəyəm.
Gələcək fəaliyyətimi Ağcabədi rayonunda davam etdirmək istəyirəm. Mən Ağcabədi Pedaqoji Kollecinin məzunuyam. Ali təhsil almamışam.
Artıq 6 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam və müəllim kimi işləyirəm. Bu müddət ərzində qazandığım təcrübənin müsahibə mərhələsində də mənə kömək etdiyini düşünürəm. Ümid edirəm ki, müsahibə mərhələsini uğurla başa vuracağam və fəaliyyətimi öz rayonumda davam etdirəcəyəm".