Azedu.az

İxtisas seçimin nəticələri nə zaman açıqlanır? - Son 6 ildə belə olub…

Ali təhsil

22 Avqust 2026, 15:01
İxtisas seçimin nəticələri nə zaman açıqlanır? - Son 6 ildə belə olub…

Ali təhsil müəssisələrinə I, II, III, IV və V ixtisas qrupları üzrə tələbə qəbulu zamanı keçirilən “İxtisas seçimi”nin son illərdə hansı tarixlərdə aparıldığı açıqlanıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, 2020-ci ildə ixtisas seçimi 10-21 sentyabr tarixlərində keçirilib. Nəticələr isə 23 sentyabr saat 23:30-23:50 aralığında elan olunub.

2021-ci ildə seçim prosesi 20-31 avqust tarixlərində, 2022-ci ildə isə 16-29 avqust tarixlərində aparılıb. Həmin illərdə nəticələr müvafiq olaraq 3 sentyabr saat 23:00-23:15 və 31 avqust saat 18:50-19:05 aralığında açıqlanıb.

2023-cü ildə ixtisas seçimi 16-28 avqust tarixlərində keçirilib və 12 gün davam edib. Nəticələr 30 avqust saat 22:10-22:35 aralığında elan olunub.

2024-cü ildə seçim 9-20 avqust tarixlərində, 2025-ci ildə isə 11-19 avqust tarixlərində aparılıb. Hər iki ildə nəticələr 22 avqustda açıqlanıb. 2024-cü ildə nəticələrin elan saatı 23:00-23:25, 2025-ci ildə isə 22:00-22:35 aralığında olub.

2026-cı ildə isə ixtisas seçimi 12-19 avqust tarixlərində keçirilib və 7 gün davam edib. Hazırda builki qəbul nəticələrinin elan olunacağı tarix və saat məlum deyil.

Beləliklə, son illərdə ixtisas seçiminin keçirilmə müddətinin tədricən qısaldığı müşahidə olunur. 2022-2023-cü illərdə seçim 12-13 gün davam etdiyi halda, 2025-ci ildə bu müddət 8 günə, 2026-cı ildə isə 7 günə enib.

(Mənbə - Vüsət Əzizov) 

Rusiyada soydaşlarımıza SİLAHLI BASQIN: Qandonduran GÖRÜNTÜLƏR
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox