Azedu.az

Hüquqşünaslıq ixtisasında keçid balı ən çox bu universitetlərdə AZALDI

Ali təhsil

27 Avqust 2026, 09:55
Hüquqşünaslıq ixtisasında keçid balı ən çox bu universitetlərdə AZALDI

Ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsi artıq başa çatıb. Bu il xüsusilə III ixtisas qrupunda bəzi ixtisaslar üzrə keçid ballarında kəskin artım müşahidə olunub.

Bəs III ixtisas qrupunun ən prestijli ixtisaslarından biri olan hüquqşünaslıq üzrə vəziyyət necədir? 

AzEdu.az hüquqşünaslıq ixtisasının son üç tədris ili üzrə keçid ballarını müqayisə edib.

Bakı Dövlət Universiteti

2024-2025-ci tədris ili:

Hüquqşünaslıq (əyani) - 612.8

Hüquqşünaslıq (qiyabi) - 537.7

Hüquqşünaslıq (tədris ingilis dilində) - 660.3

2025-2026-cı tədris ili:

Hüquqşünaslıq (əyani) - 621.7

Hüquqşünaslıq (qiyabi) - 566.2

Hüquqşünaslıq (tədris ingilis dilində) - 664.5

2026-2027-ci tədris ili:

Hüquqşünaslıq (əyani) - 608.9

Hüquqşünaslıq (qiyabi) - 571.5

Hüquqşünaslıq (tədris ingilis dilində) - 657.4

Ümumilikdə 2024-2025-ci tədris ili ilə 2025-2026-cı tədris ili müqayisəsində hüquqşünaslıq üzrə əyani təhsil formasında keçid balı 8.9 bal, qiyabi formada 28.5 bal, tədrisi ingilis dilində olan formada isə 4.2 bal artıb.

2025-2026-cı illə 2026-2027-ci tədris ili müqayisəsində isə əyani formada keçid balı 12.8 bal, tədrisi ingilis dilində olan formada 7.1 bal azalıb, qiyabi formada isə 5.3 bal artıb.

Dövlət İdarəçilik Akademiyası:

2024-2025-ci tədris ili:

Hüquqşünaslıq (əyani) - 659

2025-2026-cı tədris ili:

Hüquqşünaslıq (əyani) - 655.4

2026-2027-ci tədris ili:

Hüquqşünaslıq (əyani) - 636.5

Ümumilikdə 2024-2025-ci illə 2025-2026-cı tədris ili müqayisəsində hüquqşünaslıq üzrə keçid balı 3.6 bal azalıb.

2025-2026-cı illə 2026-2027-ci il müqayisəsində isə keçid balında 18.9 bal azalma qeydə alınıb.

ADA Universiteti

2024-2025-ci tədris ili:

Hüquqşünaslıq (tədris ingilis dilində) - 627.4

2025-2026-cı tədris ili:

Hüquqşünaslıq (tədris ingilis dilində) - 633.6

2026-2027-ci tədris ili:

Hüquqşünaslıq (tədris ingilis dilində) - 602.9

Ümumilikdə 2024-2025-ci illə 2025-2026-cı tədris ili müqayisəsində hüquqşünaslıq üzrə keçid balı 6.2 bal artıb.

2025-2026-cı illə 2026-2027-ci il müqayisəsində isə keçid balı 30.7 bal azalıb.

Milli Aviasiya Akademiyası

2024-2025-ci tədris ili:

Hüquqşünaslıq (əyani) - 583.8

Hüquqşünaslıq (qiyabi) - 514.7

Hüquqşünaslıq (tədris ingilis dilində) - 597

2025-2026-cı tədris ili:

Hüquqşünaslıq (əyani) - 602.9

Hüquqşünaslıq (qiyabi) - 561.2

Hüquqşünaslıq (tədris ingilis dilində) - 618.5

2026-2027-ci tədris ili:

Hüquqşünaslıq (əyani) - 586.4

Hüquqşünaslıq (qiyabi) - 564.8

Hüquqşünaslıq (tədris ingilis dilində) - 605.8

Ümumilikdə 2024-2025-ci illə 2025-2026-cı tədris ili müqayisəsində əyani formada keçid balı 19.1 bal, qiyabi formada 46.5 bal, tədrisi ingilis dilində olan formada isə 21.5 bal artıb.

2025-2026-cı illə 2026-2027-ci il müqayisəsində əyani formada keçid balı 16.5 bal, tədrisi ingilis dilində olan formada 12.7 bal azalıb. Qiyabi formada isə 3.6 bal artım qeydə alınıb.

Dövlət Gömrük Komitəsinin Akademiyası

2024-2025-ci tədris ili:

Hüquqşünaslıq (əyani) - 598.4

2025-2026-cı tədris ili:

Hüquqşünaslıq (əyani) - 607.9

2026-2027-ci tədris ili:

Hüquqşünaslıq (əyani) - 587

Ümumilikdə 2024-2025-ci illə 2025-2026-cı tədris ili müqayisəsində hüquqşünaslıq üzrə keçid balı 9.5 bal artıb.

2025-2026-cı illə 2026-2027-ci il müqayisəsində isə keçid balı 20.9 bal azalıb.

Naxçıvan Dövlət Universiteti

2024-2025-ci tədris ili:

Hüquqşünaslıq (əyani) - 574.6

Hüquqşünaslıq (qiyabi) - 497.2

2025-2026-cı tədris ili:

Hüquqşünaslıq (əyani) - 577.1

Hüquqşünaslıq (qiyabi) - 547.2

2026-2027-ci tədris ili:

Hüquqşünaslıq (əyani) - 577.2

Hüquqşünaslıq (qiyabi) - 556.3

Hüquqşünaslıq (tədris ingilis dilində) - 614

Ümumilikdə 2024-2025-ci illə 2025-2026-cı tədris ili müqayisəsində əyani formada keçid balı 2.5 bal, qiyabi formada isə 50 bal artıb.

2025-2026-cı illə 2026-2027-ci il müqayisəsində əyani formada keçid balı 0.1 bal, qiyabi formada isə 9.1 bal artıb.

Qarabağ Universiteti

2024-2025-ci tədris ili:

Hüquqşünaslıq (əyani) - 609.4

2025-2026-cı tədris ili:

Hüquqşünaslıq (əyani) - 590.8

2026-2027-ci tədris ili:

Hüquqşünaslıq (əyani) - 600.8

Hüquqşünaslıq (tədris ingilis dilində) - 600.1

Ümumilikdə 2024-2025-ci illə 2025-2026-cı tədris ili müqayisəsində hüquqşünaslıq üzrə keçid balı 18.6 bal azalıb.

2025-2026-cı illə 2026-2027-ci il müqayisəsində isə keçid balı 10 bal artıb.

Rusiyadakı azərbaycanlıların DİQQƏTİNƏ! Putin pulunuza əl qoyacaq...
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox