Azedu.az

Növbəti vakansiya seçimi başlayır

AzEdu Təhsil Platforması

26 Avqust 2026, 18:23
Növbəti vakansiya seçimi başlayır

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinin vaxtı açıqlanıb.

AzEdu.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına əsasən, namizədlər 28 avqust saat 15:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq vakant yerləri seçə biləcəklər.

Namizədlərə ən çoxu 4 vakant yer seçmək imkanı veriləcək.

Vakansiya seçimi zamanı namizədlərin seçdikləri vakant yerlər üzrə elektron ərizələrini təsdiqləmələri vacibdir.

Qeyd edək ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi 31 avqust saat 15:00-da başa çatacaq.

Rusiya ordusu NATO obyektlərinə zərbələr endirdi
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox