Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-30 16:32:00
Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirildi

Yanvarın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Bu barədə AzEdu.az-a rəsədxanadan məlumat verilib.

Elmi müəssisənin Bakı bölməsində təşkil olunan tədbirdə ŞAR-ın elmi işlər üzrə direktor müavini Elçin Babayev seminar haqqında məlumat verib.

Rəsədxananın ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əliqulu Xəlilov “Yüksək qalaktik enlikdə yerləşən 89 Her (F2 Ibe) ifratnəhəng ulduzunun spektrində NaI D xəttinin profilinin və şüa sürətinin dəyişməsi xüsusiyyətləri” (Ə.Xəlilov, Ə.Həsənova, G.Hacıyeva) mövzusunda məruzə edib.

Məruzəçi bildirib ki, Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda alınmış spektrlər və 1961-2006-cı illərdə nəşr olunmuş işlər əsasında 89 Her ulduzunun Hα və dublet NaI D xəttinin profilləri tədqiq olunub. Həmçinin spektral qoşa ulduz modeli nəzəriyyəsinə əsasən qoşa sistemin orbital elementləri hesablanıb.

Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.