Azedu.az

Xərçəng hüceyrələrini göstərən yeni sistem

AzEdu Təhsil Platforması

23 Avqust 2026, 15:14
Xərçəng hüceyrələrini göstərən yeni sistem

Şotlandiyada alimlər xərçəngin inkişafını bütün orqanizmdən ayrı-ayrı hüceyrələrə qədər izləməyə imkan verən yeni görüntüləmə sistemi hazırlayıblar.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, University of Glasgow və Cancer Research UK Scotland Institute-dən olan tədqiqatçılar PET görüntüləməsini flüoresensiya və biolüminessensiya ilə birləşdiriblər. Sistem sayəsində şişləri bütün bədəndə müəyyənləşdirmək, daha sonra isə həmin şişlərdəki ayrı-ayrı xərçəng hüceyrələrini və onların ətrafındakı toxumaları daha detallı araşdırmaq mümkündür. 

Texnologiyanın maraqlı tərəfi isə onun “işıq saçan” genlərdən istifadə etməsidir. Tədqiqatçılar meduzalardan əldə edilən flüoresan zülallardan və atəşböcəklərində işıq saçmağa səbəb olan lusiferaza genindən istifadə ediblər. Bu markerlər xərçəng hüceyrələrinin böyüməsini, yayılmasını və ətraf toxumalarla qarşılıqlı əlaqəsini izləməyə imkan verir.

Alimlər bildirirlər ki, yeni yanaşma müxtəlif şişlərin niyə fərqli davrandığını və bəzi müalicələrin nə üçün bir xəstədə effektiv olduğu halda digərində nəticə vermədiyini daha yaxşı anlamağa kömək edə bilər. Bununla belə, texnologiya hələlik yalnız genetik olaraq dəyişdirilmiş siçanlarda sınaqdan keçirilib və insanlarda istifadə olunmur. 

Araşdırmanın nəticələri Nature Biotechnology jurnalında dərc olunub. 

Rusiyada soydaşlarımıza SİLAHLI BASQIN: Qandonduran GÖRÜNTÜLƏR
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox