Azedu.az

15 yaşlı yeniyetmə itdən qaçarkən ölüb

Hadisə

22 Avqust 2026, 17:29
15 yaşlı yeniyetmə itdən qaçarkən ölüb

Türkiyənin Ankara şəhərində 15 yaşlı Berat Yücel onu qovalayan ipi bağlı olmayan itdən qaçarkən yıxılaraq həyatını itirib.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeniyetmə küçəyə çıxarkən yaxınlıqdakı şirkətə məxsus, ipi bağlı olmayan alman çoban iti onun üzərinə qaçıb.

İtdən qorxaraq qaçan yeniyetmənin bir müddət sonra halı pisləşib və o, arxası üstə beton döşəməyə yıxılıb. Başından ağır xəsarət alan Berat xəstəxanaya çatdırılıb, lakin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı itin sahibi Ü.Y. saxlanılıb. O, ehtiyatsızlıqdan ölümə səbəb olmaq və heyvanı təhlükə yaradacaq şəkildə sərbəst buraxmaqda ittiham olunub. Məhkəmənin qərarı ilə nəzarət şərti altında sərbəst buraxılıb.

İt isə Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsinə təhvil verilib.

 

Rusiyada soydaşlarımıza SİLAHLI BASQIN: Qandonduran GÖRÜNTÜLƏR
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox