Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-02 21:19:12
Bu ölkə milli azlıqların məktəbləri üçün vacib qanunu təsdiqlədi

Latviya Prezidenti Raymonds Veyonis təhsil haqqında qanuna və ümumtəhsil haqqında qanuna məktəb tədrisinin latış dilinə tədricən tam keçidini nəzərdə tutan dəyişiklikləri imzalayıb.

AzEDU xəbər verir ki, bu barədə məlumat aprelin 2-də “Latvijas Vēstnesis” rəsmi nəşrində dərc olunub.

Prezidentin mətbuat məsələləri üzrə müşaviri vəzifəsini icra edən Kristina Klyaveniyetse bildirib ki, dövlət başçısının fikrincə, orta məktəblərdə latış dilində tədris Latviyada təhsil almaq və işləməkdən ötrü bütün şagirdlərin keyfiyyətli təhsil almasına bərabər imkanlar yaradacaq.

Prezident qeyd edir ki, uşaqların milli azlıqların identikliyi və mədəniyyəti ilə bağlı dərsləri mənimsəmə, öz köklərini qoruma və şəxsiyyəti hərtərəfli inkişaf etdirmə imkanları bundan sonra da olacaq. Həmçinin bu dəyişikliklər əsas və ibtidai məktəbdə ana dilində dərslərin bir hissəsini mənimsəməyi nəzərdə tutur.

Xatırladaq ki, martın 22-də Seym yekun oxumada təhsil haqqında qanuna və ümumtəhsil haqqında qanuna dəyişiklik edib. Dəyişiklikdə 2019/2020-ci tədris ilində milli azlıqların təhsil aldıqları məktəblərdə orta məktəb mərhələsində dərslərin qismən latış dilində keçirilməsi nəzərdə tutulur. (AZƏRTAC)