Azedu.az

Kürdə batan 17 yaşlı qızın meyiti TAPILDI

Hadisə

10 Avqust 2026, 09:42
Kürdə batan 17 yaşlı qızın meyiti TAPILDI

Samux rayonu, Yenikənd kəndində kanalda batan şəxsin meyiti tapılıb.

Bu barədə AzEdu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 2009-cu il təvəllüdlü Gülnaz Elçin qızı Məmmədovanın meyiti tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Ukraynadan ard-arda ağır ZƏRBƏLƏR - Moskva vuruldu
Son xəbərlərDaha çox