Mingəçevir şəhərində kanaldan meyit tapılıb.
AzEdu.az xəbər verir ki, hadisə Qarabağ kanalının şəhər ərazisindən keçən hissəsində baş verib.
Suda batan 14 yaşlı yeniyetmənin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin dalğıc və xilasediciləri meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Araşdırmalarla meyitin Mingəçevir şəhər sakini, 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğluna məxsus olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.